Sürücü Poroşenkonu aparmaqdan imtina etdi - Video

7-10-2019, 07:54           
Sürücü Poroşenkonu aparmaqdan imtina etdi - Video
Taksi sürücüsü Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonu aparmaqdan imtina edib.

Axar.az “Strana.ua” portalına istinadən xəbər verir ki, hadisə “Ştaynmayer formulu”na qarşı təşkil edilən mitinqdən sonra baş verib.

Belə ki, Poroşenko avtomobilin arxa qapısını açaraq sürücüdən onu və arvadını aparmasını xahiş edir.

Lakin sürücünün rədd cavabı verməsi ətrafdakıların gülüşünə səbəb olur.

Daha sonra kütlə ucadan keçmiş dövlət başçısının soyadını səsləndirməyə başlayır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru