DGK xətti ilə büdcə daxilolmaları 25% artıb

9-10-2019, 10:41           
DGK xətti ilə büdcə daxilolmaları 25% artıb
Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 250 116,14 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 25% çoxdur.

Teref.az APA-Economics-ə istinadən verdiyi məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 20,7% artaraq 798 521,47 min manat olub.

Həmçinin, yanvar-sentyabrda ƏDV üzrə daxilolmalar 24,6% artaraq 2 217 206,45 min manat, aksizlər üzrə 53% artaraq 201 491,38 min manat, yol vergisi üzrə daxilolmalar isə 20% artaraq 32 896,84 min manat təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru