“Azərbaycan dəmir yolu təsərrüfatının inkişafına görə MDB və Baltikyanı ölkələr arasında liderdir” - Cavid Qurbanov

11-10-2019, 12:12           
“Azərbaycan dəmir yolu təsərrüfatının inkişafına görə MDB və Baltikyanı ölkələr arasında liderdir” - Cavid Qurbanov
“Bir neçə il bundan əvvəl Azərbaycan dəmir yolu təsərrüfatının inkişafına görə MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasında sonuncu yerdə idi, bu il isə 1-cidir”.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

“Ölkə prezidentinin bizə verdiyi dəstək hesabına bu vaxta qədər 3 100 yeni vaqon, 30 milyon ABŞ dolları dəyərində yol-tikinti maşınları almışıq, 1 000 km-ə yaxın yol təmir etmişik”, - deyə o, qeyd edib.

Bundan başqa, səhmdar cəmiyyətinin sədri bildirib ki, son illər rəhbərlik etdiyi qurumda işçilərin orta yaş həddi azalıb: “Əgər 2015-ci ildə “Azərbaycan Dəmir Yolları”nda orta yaş həddi 60-dan çox idisə, hazırda bu rəqəm 40-45 civarındadır. Biz heç kəsi məcbur etməmişik ki, işdən getsin. Sadəcə insanlara şərait yaradılıb ki, öz təqaüdü ilə dincəlsin”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru