Dünyada koronavirusa yoluxanların sayı 95 mini keçib

6-03-2020, 08:08           
Dünyada koronavirusa yoluxanların sayı 95 mini keçib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gün ərzində dünyada 2241 yeni koronavirus infeksiyasına yoluxma halı qeydə alıb ki, onlardan 143-ü Çində müşahidə edilib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ÜST-ün yaydığı açıqlamada deyilir. Beləliklə, Çindən kənarda 2098 nəfərdə virusa yoluxma halı qeydə alınıb.

Təşkilatın məlumatına görə, dünyada cəmi 95 333 yoluxma hadisəsi təsdiqlənib ki, bunlardan 80 565-i Çində, 14 768-i isə xaricdədir. Ümumilikdə, təşkilatın məlumatına görə, Çində 3015 nəfər (son 24 saat ərzində 31) və dünyada 267 (gün ərzində 53) yeni növ koronavirusun yaratdığı xəstəlikdən ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru