Vanqanın virusla bağlı proqnozu düz çıxdı?

6-03-2020, 12:14           
Vanqanın virusla bağlı proqnozu düz çıxdı?
1911-ci ildə Makedoniyada anadan olmuş və 16 yaşında ikən ildırım vurması ilə gözlərini itirən Baba Vanqa, dünyanın ən məşhur görücülərindən biridir. Məlumdur ki, ölmədən öncə Baba Vanqa 11 sentyabr hücumları, İŞİD-in qurulması və “Brexit” prosesi kimi bir çox hadisəni proqnozlaşdırmışdı.

Cebhe.info xəbər verir ki, Baba Vanqa vaxtı ilə açıqladığı fikirlərin doğru çıxması insanları qorxuya salır. Onun 2020-ci il haqqında söylədikləri insanları daha da həyəcanlandırıb.

Belə ki, Baba Vanqa dünyanı bürüyən virusla bağlı proqnozlarını: “2020-ci ilində dünya virusla mübarizə aparacaq, milyonlarla insan bu virusdan öləcək. Bu Asiyanın yox olmasına gətirib çıxaracaq”, - deyə fikirlərini bölüşüb.

Qeyd edək ki, Çində ortaya çıxan yeni növ koronavirusun (Kovid-19) hələ də müalicəsi olmadığı və sürətlə yayılması, Baba Vanqanın görücülüyünün gerçək olduğunun şərhini daha da gücləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru