İstintaq qrupundan şok: Sərnişin təyyarəsini Rusiya vurub!

10-03-2020, 01:10           
İstintaq qrupundan şok: Sərnişin təyyarəsini Rusiya vurub!
İstintaq qrupundan şok: Sərnişin təyyarəsini Rusiya vurub!
Beynəlxalq İstintaq Qrupu uzunmüddətli istintaqdan sonra MH17 reysi üzrə hərəkət edən “Boinq 777” təyyarəsinin ilkin olaraq Rusiyanın “Buk” zenit-raket qurğu ilə vurulduğu qənaətinə gəlib.

Teref.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri prokuror Vard Ferdinandusse deyib.

“BİQ daha bir neçə versiyanı da nəzərdən keçirib: Təyyarənin göyərtəsində partlayışın olduğu, qırıcı tərəfindən vurulması, Ukrayna Silahlı Qüvvələrinin hədəf alması... Bütün bu ssenarilara materiallarda baxış keçirilir və dəlillər araşdırılır”, - deyə prokuror bildirib.

Xatırladaq ki, 2014-cü ilin 17 iyulunda Donetsk yaxınlığında separatçılar tərəfindən vurulduğu iddia edilən Malaysiyaya məxsus sərnişin təyyarəsində 298 sərnişinin hamısı həlak olmuşdu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.