Məktəblərin bağlanma müddəti yenidən uzadıla bilər - QƏRARGAH

13-03-2020, 22:43           
Məktəblərin bağlanma müddəti yenidən uzadıla bilər - QƏRARGAH
Azərbaycanda tədrisin dayandırılması müddəti uzadıla bilər.

Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Onun sözlərinə görə, vəziyyət yenidən qiymətləndirilə bilər: "Ola bilər ki, təhsil müəssisələri ilə bağlı qərar olsun. Hələ iki həftə vaxt var. Ehtiyac olarsa, bu məsələ müzakirə oluna bilər".

Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru