Ən zəngin asiyalı ABŞ-a koronavirusla mübarizədə kömək edəcək

14-03-2020, 09:17           
Ən zəngin asiyalı ABŞ-a koronavirusla mübarizədə kömək edəcək
“Alibaba” şirkətinin təsisçisi Cek Manın fondu ABŞ-a bir milyon tibbi maska və koronavirusu müəyyən edən 500 min dəst bağışlayacaq.

Bu barədə təşkilatın “Twitter” səhifəsində məlumat verilir.


“Ölkəmin təcrübəsinə əsaslanaraq bilirəm ki, virusun yayılmasının qarşısının alınmasında ən effektiv yol tibb işçilərini sürətli və dəqiq testləşdirmə və şəxsi müdafiə vasitələri ilə təchiz etməkdir”,- deyə xeyriyyəçi qeyd edib.

Cek Ma bildirib ki, bunun ABŞ-ın koronavirusa qalib gələcəyinə kömək edəcəyinə ümid edir. Milyarderin sözlərinə əsasən, virusla bir dövlətin səyləri ilə mübarizə aparmaq mümkün deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru