Kəbədən yeni görüntü: İnsanları yaxına gəlməyə qoymurlar - Video

14-03-2020, 11:38           
Kəbədən yeni görüntü: İnsanları yaxına gəlməyə qoymurlar - Video
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı artır. Son bir sutkada daha 17 yeni virus daşıyıcı müəyyənləşib. Ümumi say 62-yə çatıb.


Bizimyol.info xəbər verir ki, Kəbənin yeni görüntüsü yayımlanıb. İnsanların müqəddəs yerin ətrafında çox kənardan dövrə vurduğu görünür. Yazılanlara görə, insanları Kəbəyə yaxına buraxmırlar.

Ümumiyyətlə, bir neçə gün əvvəl Kəbə ziyarəti dayandırılmışdı. Səudiyyə Ərəbistanı, ümumiyyətlə, Məscidül-Həramda dezinfeksiya işləri aparırdı. Lazımi tədbirlər bitəndən sonra ziyarətçilər gözə dəyməyə başlayıb. Amma onların sayı əvvəlkindən dəfələrlə azdır.

Səudiyyə Ərəbistanında virusa ilk yoluxma halı martın 2-də olmuşdu. Virusa yoluxan şəxsin İrandan gəldiyi müəyyənləşmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru