Koronavirusdan sağalan xəstələri nə gözləyir? - Həkimdən narahatlıq yaradan AÇIQLAMA

14-03-2020, 18:44           
Koronavirusdan sağalan xəstələri nə gözləyir? - Həkimdən narahatlıq yaradan AÇIQLAMA
Koronavirus infeksiyasından sağalan xəstələrdə müəyyən əlamətlər qalır.

Cebhe.info xəbər verir ki, bu barədə “South China Morning Post" Honq-Konq tibb mütəxəssislərinə istinadən yazıb.

Mütəxəssislərin fikrincə, sağaldıqdan sonra ağciyərlərdə müəyyən fəsadlar qalır. Bu isə özünü daha çox sürətli yeriyən zaman göstərir.

“Princess Margaret Hospital"ın baş həkimi Ouen Çanq bildirib ki, sağalan hər 10 nəfərdən 2-3-ü xəstəlikdən əvvəl edə bildiklərini sağaldıqdan sonra edə bilmirlər. "Onlar təngnəfəs olur, tez yeriyən zaman əsasən bu problemlə üzləşirlər. Ağciyərlərin funksiyası 20-30 faiz azalır".

Çanq qeyd edib ki, bu şəxslər növbəti müşahidə və müalicə mərhələsindən də keçməlidir. Onlara fizioterapiya təyin olunacaq. Həkimin sözlərinə görə, hələlik koronavirusdan sonra ağciyərlərdə başqa xəstəliklər müşahidə olunmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru