“Titanik”in batmasını 14 il öncədən təsvir edən... Tarixin qəribə təsadüfləri
15-03-2020, 00:00
Tarixdə baş verən fəlakətləri öncədən xəbər verən və real şəkildə təsvir edən ədəbiyyat nümunələri azdır.
Bu gün bunlardan biri haqqında əməkdaşımız Xalid Kaızmlının qələmə aldığı “Yazıçı Kuntsun “peyğəmbərliyi”, yoxsa 39 il yol gələn silah-virusun əldə partlaması?” başlıqlı yazıda bəhs olunur. Amerikalı yazıçı Din Rey Kuntsun 1981-ci ildə yazdığı roman “Uhan - 400” adlı virusun Çindən başlayaraq yayılması barədədir.
Çoxumuzun 1997-c ildə amerikalı rejissor Ceyms Kameron tərəfindən çəkilən “Titanik” filmindən sonra tanıdığı, dünyanın ən populyar və araşdırılan gəmi qəzası sayılan “Titanik”in batması vaqiəsini (1912) olduğu kimi 14 il öncədən təsvir edən başqa bir amerikalı da olub.
Bu fantast romanlar yazarı Morqan Robersondur.
1898-ci ildə o, “Tələsiklik” aldı povesti qələmə alarkən cəmi 14 il sonra dünyanın ən populyar insanlarından birinə çevrləcəyini ağlına belə gətirməzdi.
Belə ki, həmin əsərdə varlıların gəzintisi üçün inşa edilən “Titan” adlı böyük bir sərnişin laynerinin Atlantik okeanının sularına qərq olmasından bəhs edlir.
Yazıçının öz sözlərinə görə, bu ideya ona xəstəlik vaxtı beyninə gəlib və o, okeanın ucsuz-bucaqsız məkanında sular içində üzən gəminin batdığı zaman fəryad edən insanlaırn səsini eşidirmiş.
Morqan Robertson özü dənizçi olub və yazarlığa başlayanda artıq istefada olan kapitan rütbəsi daşıyıb.
Konkret olaraq kitabda Con Rouland adlı əyyaş bir amerikalının real “Titanik”ə olduqca bənzəyən, adı da təxminən eyni olan“Titan” adlı gəmidə səyahətindən və macəralarında bəhs olunur.
“Titan”ın texniki göstəriciləri ilə “Titanik”in özəllikləri heyrətamiz dərəcədə eynidir. Hər ikisi təxminən eyni böyüklükdə (244m-269m) olub, sərnişinlərin və gəmi komandasının sayı da üst-üstə düşür.
Romanda da “Titan” eynilə “Titanik” kimi aprel ayında batır. Qəzanın səbəbi soyuq və buzlu sularda gəminin sürətlə hərəkət etməsidir.
Hər iki halda, yəni həm süjetdə, həm də real hadisədə gəmilər aysebrqlə toqquşması, məhz sağ göyərtəsinin buz parçasına sürtülərək zədələnməsi nəticəsində məhv olur. Qurbanların sayının çox olması da gəmidə xilasedici qayıqların azlığı ilə əlaqələndirilir.
Bundan başqa romandakı “Titan”da (eyni zamanda real “Titanik”də) qayıqların suya endirilməsi üçün onları gəmiyə bağlayan ipləri kəsmək üçün balta və ya bıçaq olmayıb.
Hər iki gəmidə qırmızı qəza siqnalının olmamasına görə vaxtında xəbər verilmədiyi üçün tələfat böyük olub.
Musavat.com