Qrip və soyuqdəymə zamanı bunu əsla etməyin - Nazirlikdən XƏBƏRDARLIQ

15-03-2020, 14:59           
Qrip və soyuqdəymə zamanı bunu əsla etməyin - Nazirlikdən XƏBƏRDARLIQ
"Soyuqdəymə və qrip zamanı heç bir halda spirtli içki içməyin, çünki bədənə mənfi təsir göstərir və immunitet sistemini zəiflədir".

Publika.az xəbər verir ki, bunlar Rusiya Səhiyyə Nazirliyinin əhaliyə xəbərdarlığında yer alıb.

"İş orasındadır ki, alkoqolun əsas komponenti olan asetaldehid orqanizmə mənfi təsir göstərir. Spirtli içki ilk növbədə ürək-damar sisteminə nüfuz edərək taxikardiya və yüksək təzyiqə səbəb olur. Hətta kiçik dozada alkoqol bədənin əsas funksiyalarını qorumaq üçün son dərəcə zəruri olan B12 vitamininin səviyyəsini azaldır. Bu isə dəhşətli viruslara yol aça bilər", - Səhiyyə Nazirliyinin Terapiya və Ümumi Tibbi Təcrübə üzrə baş mütəxəssisi Oksana Drapkina vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru