Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının rəhbər işdən çıxarıldı - Yeni direktor Elnur Azadxanov kimdir?

15-03-2020, 21:27           
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının rəhbər işdən çıxarıldı - Yeni direktor Elnur Azadxanov kimdir?
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında yeni kadr təyinatı olub.

Ixa.az -ın məlumatına görə,bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.

Əmrə əsasən, İlhаm Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş direktoru vəzifəsindən azad edilib. Onun yerinə isə Azadxanov Elnur Ramazan oğlu təyinat alıb.

Qeyd edək ki, E.Azadxanov ötən ay “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunmuşdu.

Xatırladaq ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası koronavirus şübhəli xəstələrin yerləşdirildiyi karantin bölgə kimi istifadə olunan səhiyyə müəssisələrindən biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru