Cənubi Koreyada koronavirusa yoluxanların sayı artdı

9-04-2020, 05:12           
Cənubi Koreyada koronavirusa yoluxanların sayı artdı
Cənubi Koreyada son bir gün ərzində koronavirusa 39 yeni yoluxma qeydə alınıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi bildirib.

Qeyd edilir ki, ötən gün ölkədə koronavirusa yoluxmuş 197 nəfər sağalıb. Koronavirusa yoluxanların ümumi sayı 10 423 nəfərə çatıb, 204 insan pandemiyanın qurbanı olub.

Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası elan edilib. Sakinlərə 19 aprelə qədər lüzum olmadıqda öz evlərini tərk etməməyi, idman, əyləncə və dini müəssisələri bağlamağı xahiş ediblər. Ölkədə tədris ili 9 apreldən onlayn rejimdə başlanacaq.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.