Təqaüd, müavinət alanların nəzərinə: İlin sonunadək...

22-04-2020, 12:41           
Təqaüd, müavinət alanların nəzərinə:
Büdcəyə Neft Fondundan gələn pulda bir problem olmayacaq, neft 5 dollar da olsa Neft Fondu büdcəyə bu 11 mlrd. 350 mln. manat pul köçürəcək. Ona görə də bu il büdcədən maaş-təqaüd-müavinat alanlar öz pullarını alacaqlar, amma büdcə tək Neft Fondundan köçürmələrdən ibarət deyil axı - bu məbləğ büdcənin 48%-ni təşkil edir.

Büdcəyə neft şirkətlərindən müxtəlif vergilər şəklində 2 mlrd. manat civarında pul gəlməli idi - bu proqnoz neftin 55 dollar olması varsayımı ilə hesablanmışdı. Bu il neft qiyməti ortalama 30 dollar olsa (optimist ssenari), büdcəyə neft şirkətlərindən gələn vergi həcmi azı 1 mlrd. manat azalacaq.

Qapadılan sahələr var - turizm, içtimai iaşə, sərnişindaşıma, qeyri-ərzaq ticarəti, onlardan gələn vergilər azalacaq, hətta rəsmən qapadılmayan sahələrdən də (ərzaq və aptekdən başqa) büdcəyə vergi dacilolmaları azalacaq. Postkarantin dönəmində də azalma davam edəcək - büdcə, ən azı 500 mln. manat itirəcək.

İdxal da azalıb-azalacaq, deməli Gömrük rüsumlarından gələn vəsait də azalacaq, bu il ən azı 250-300 mln. Gömrükdən daxilolma da azalacaq. Ümumilikdə iqtisadi aktivliyin zəifləməsi başqa müxtəlif sahələrdən gələn vergilərdə də, azı 250-300 mln. azalma gözlənilir. Deməli, büdcə daxilolmalarında, azı 2 mlrd. manat azalma olacaq.

Hökumət pandemiya ilə mübaricə üçün 2,5 mlrd. manat xərcləyəcək, məncə, bu xərc daha 1 mlrd. manat artacaq, hətta il sonunda yenə SOCAR, AZAL kimi dövlət şirkətlərinə əlavə büdcə yardımı da olacaq.

Qısası, büdcə gəliri 2 mlrd. manat azalacaq, xərcləri isə təsdiq edilmiş məbləğdən 3,5 mlrd. çox olacaq. Deməli may alında büdcəyə yenidən baxacaqlar, 2020 büdcəsinin gəlir hissəsi 2 mlrd. manat azalmalı, xərc hissəsi ilə 3,5-4 mlrd. manat artmalıdır. Bir sözlə, Neft Fondundan bu il daha çox vəsait xərclənəcək - xub, bəs bu divar qurtaranda nə olacaq?!

Natiq Cəfərli

İqtisadçı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru