ÜST-dən AÇIQLAMA: 6 peyvəndin insanlar üzərində sınağı başladı

24-04-2020, 09:02           
ÜST-dən AÇIQLAMA:
Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusa qarşı dünya miqyasında müxtəlif şirkətlər tərəfindən 83 peyvəndin hazırlandığını açıqlayıb.

Publika.az xəbər verir ki, hazırlanan peyvəndlərdən hələlik sadəcə 6-nın insanlar üzərində sınaqdan keçirilməsinə icazə verilib. Məlumata görə, 6 peyvəndən 3-ü Çində insanlar üzərində sınaqdan keçirilir. Bildirilib ki, insanlar üzərində aparılan testlərin nəticələri barədə qəti fikir söyləmək hələ tezdir.

Qeyd edək ki, koronavirusa qarşı peyvəndin insanlar üzərində ilk sınağı ABŞ-dakı “Moderna” dərman şirkəti tərəfindən həyata keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru