Onlar milyon ildir ki, koronavirusla bir yerdə yaşayıb... – “Virus anbarı” elm aləmini şoka saldı...
25-04-2020, 02:21
Koronavirusla bağlı aparılan araşdırmalar elm dünyasında şok təsiri bağışlayan məlumatları üzə çıxarıb.
Moderator.az xəbər verir ki, koronavirusun insanlıq üçün yeni olduğunu, məhz bu səbəbdən də bu virusa qarşı insanlarda immunitetin olmadığına diqqət çəkən alimlər, tədqiqatlar nəticəsində sözügedən virusun bəşər tarixinin ən yaşlı viruslarından biri olduğunu üzə çıxarıb. Belə ki, araşdırmalar nəticəsində bəlli olb, koronavirus milyoin ildən çoxdur ki, yarasalarla birlikdə yaşayıb, öz varlığını onların bədənində qoruyub saxlaya bilib.
Bundan başqa, aparılan araşdırmalar nəticəsində bəlli olub ki, hər bir yarasa növü və ailəsi özü-özlüyündə daha bir neçə təhlükəli virus daşıyıcısıdır. Hansı ki, onların arasında elm aləminə məlum olmayan bir sıra viruslar mövcuddur.
Alimlər yarasaların bir-birlərini koronavirisla yoluxdurması faktının da təsbit edildiyini bildirib. Hazırda bu istiqamətdə araşdırmalar davam edir. Alimlər koronavirusun yarasalara təsiri, habelə onların vasitəsi ilə yolxuma imkan və sürətini araşdırırlar. Həmçinin, yarasaların “virus anbarı” rolu oynadığına diqqət çəkən alimlər, bəşəriyyətin təhlükəsizliyi baxımından yarasaların öyrənilməsinin vacibliyi qənaətindədir.