Çernobıl qəzasının qurbanları niyə çox oldu? - “Onları moskvalı həkimlər öldürdü” - BÖYÜK İDDİA

27-04-2020, 00:53           
Çernobıl qəzasının qurbanları niyə çox oldu? -
1986-cı il 26 apreldə baş verən Çernobıl AES-dəki qəzanın nəticələrini aradan qaldıranların müalicəsi Moskvada yox, Kiyevdə daha yaxşı aparılırdı.

Ölüm hallarının çox olması da məhz moskvalı həkimlərin “əməyinin” nəticəsi idi.

Cebhe.info xəbər verir ki, bu barədə stansiyanın yanğın təhlükəsizliyi üzrə keçmiş müfəttişi Pyotr Şavrey deyib. Onun sözlərinə görə, moskvalı həkimlər əsasən adamlar üzərində sınaq aparıb. Bu da ölümlərin sayını artırıb:

"Həkimlər onlara xüsusi geyimdə yaxınlaşır, skafandr geyinirdilər. İlk günlərdə onlara heç kəs baxmırdı, ilk iki həftədə ancaq hansısa həblər verirdilər".

Onun sözlərinə görə, Ukraynada isə vəziyyət tam fərqli olub. Orada ilk gündən qəzanın nəticəsini aradan qaldıranlara tibbi xdmət göstərilib. Daha sonra isə onlar Kiyevdə məşhur onkoloq Leonid Kindzelskinin müəllif metodikası ilə müalicə olunub.

Şavrey bildirib ki, amerikalı mütəxəssis Robert Qeyllə birlikdə Moskva xəstəxanasının baş həkimi onlara baş çəkib. Ancaq onkoloq onların təlimatına əməl etməkdən imtina edib: "Biz məhz buna görə sağ qaldıq. 4-cü blokda yanğını söndürən qardaşım Leonidin 5 il yaşayacağını bildirdilər. Ancaq sümük iliyi köçürüldükdən sonra 25 il yaşadı. Mənim özümə isə amerikalı mütəxəssis 7 il ömür biçmişdi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru