“AMEA-da ölü canlar...” - Tarixçi deputatla razılaşmır, amma vəziyyəti də etiraf edir

27-04-2020, 18:17           
“AMEA-da ölü canlar...” -
"AMEA-da təkmilləşdirilməyə ehtiyacın duyulduğuna dair fikirlər tez- tez səslənir. Lakin bu, o demək deyil ki, qurum dövlətin nəzarətindən çıxmalıdır"

Bu sözləri “Shertg.az”a AMEA- nın Fəlsəfə institutunun aparıcı elmi işçisi, Fəlsəfə üzrə fəlsəfə doktoru dosent Faiq Ələkbərli millət vəkili Qüdrət Həsənquliyevin AMEA- nın özəlləşdirilməsi təklifinə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, mövcud problemləri həll etmək üçün dövlət qayğısı əsas şərtdir:

"Mən də razıyam ki, akademiyada ciddi islahatlara ehtiyac var. "Ölü canlar", sadəcə görüntü xətrinə gəlib- gedənlər, ortaya heç bir elmi iş qoymayanlar uzaqlaşdırılmalı, maaşlar artırılmalıdır. Amma bu problemlərin həlli yolu akademiyanın özəlləşdirilməsində deyil. Yəni mən təklifin əleyhinəyəm. Əgər Qüdrət müəllimin dediyi kimi olarsa, vəziyyət daha da pisləşəcək. Ümumiyyətlə, nə qədər ki, obyektiv islahatlar aparılmır, belə qınaqlar çox olacaq".

Alimin fikrincə, akademiya özəlləşdiriləcəyi təqdirdə onun strukturunda da dəyişikliklər edilməlidir:

"Onda ayrı- ayrı institutlar yaranacaq. Avropada belə təcrübə var. Amma, məncə, biz buna hazır deyilik. Hər halda, atılan heç bir addım görüntü xətrinə olmamalıdır".

F.Ələkbərli, həmçinin əlavə edib ki, son vaxtlar akademiyada müsbət mənada dəyişikliklər hiss olunur:

"Ramiz Mehdiyev akademiyanın prezidenti təyin olunduqdan sonra müəyyən addımlar atıldı. Sadəcə pandemiya bu işlərin həyata keçməsinə mane oldu".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru