ALİMLƏRDƏN XƏBƏRDARLIQ: 2020-ci il indiyə qədər görünmüş ən isti il ola bilər

29-04-2020, 13:23           
ALİMLƏRDƏN XƏBƏRDARLIQ: 2020-ci il indiyə qədər görünmüş ən isti il ola bilər
Virus pandemiyası ilə başlanan 2020-ci illə bağlı alimlər daha bir qorxuducu proqnoz veriblər. İngiltərənin “Qardian” (Guardian) qəzetində dərc edilən xəbərdə 2020-ci ilin indiyə qədər görünmüş ən isti il ola biləcəyi bildirilir.

NASA-nın Nyu-Yorkda yerləşən Qoddard Kosmik Tədiqqatlar İnstitutunun direktoru və iqlim modelləşdirməsi üzrə mütəxəssis Qevin Şmidt bu vəziyyətin baş vermə ehtimalının 60% olduğunu bildirib.

ABŞ Okean və Atmosfer Tədqiqatları Milli İdarəsinin (NOAA) açıqlamasında isə bu ehtimalın 75% olduğu deyilir.

Alimlər 2020-ci ilin ən isti il olmasa belə, indiyə qədər ən isti keçən 5 ildən birinin olacağına 99% əmindirlər və bunu qlobal istiləşmə ilə izah edirlər.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru