Yer kürəsinin yaxınlığından keçəcək asteroidlə bağlı NASA-dan açıqlama
30-04-2020, 00:01
NASA tərəfindən aylar əvvəl yer kürəsinin yaxılığından keçəcəyi elan edilən asteroidlə bağlı məlumat, bir çox sosial media istifadəçilərində belə bir sual yaradırdı. "Asteroid yer kürəsinə düşəcəkmi?
2 kilometr (1,5 mil) böyüklüyündə olan 1998 OR2 meteoridi astroloqlar tərəfindən deyildiyi kimi yer kürəsinin çox da yaxınlığından keçməyəcəkmiş. Belə ki, meteoridin yer kürəsinə 6.3 milyon kilometr uzaqdan keçməsi və yerə düşmə kimi bir riski olmaması açıqlanıb. Sadəcə olaraq asteroid yerə müəyyən qədər yaxın keçməsi astroloqlara onu araşdırmaq üçün əlverişli şərait yaranıb. Asteroidin bu gün saat 13:55-də keçəcəyi açıqlanmışdı.
Asteroidin aydan 16 dəfə çox uzaqlaşaraq, təxminən 6.3 milyon kilometrdən (3.9 milyon mil) çox yaxınlaşmayacağı bildirilib.
1998 OR2, asteroidi NASA-nın Reaktiv Mühərrik Labarotoriyasında (Jet Propulsion Laboratory/JPL) Yaxından İzləmə proqramı tərəfindən 1998-ci ilin iyul ayında aşkarlanıb. Son 20 ildə izlənən asteroidlə bağlı deyilir ki, orbitin orbitini çox aydın şəkildə başa düşürük və əminliklə deyə bilərik ki, bu asteroidin ən azı növbəti 200 il ərzində təsir imkanı yoxdur. Dünyaya növbəti yaxınlaşma ehtimalı 2079-cu il üçün nəzərdə tutulur.
Sözügedən asteroid hələ də "potensial təhlükə" kimi qiymətləndirilir.
1998 OR2 kimi böyük asteroidlərin yaxın məsafədən keçişi nadir görülən hadisələrdəndir. Bundan əvvəlki böyük asteroid yaxınlaşması 2017-ci ilin sentyabr ayında qeydə alınmışdı. 5 kilometr çapında olan həmin asteroid (3 mil), 18 aya yer kürəsi ətrafından keçibmiş. İri həcmli asteroidlərin planetimizin yaxınından keçə bilmə ehtimalı 5 ildə birdir.
Bu asterdoidlər çox böyük olduqları üçün kiçik ölçülülərdən daha çox işıq yansıdır və buna görə teleskoplarla təsbit edilmələri daha asan olur. Dünyaya yaxın asteroidlərdən 1998 OR2 və ya daha böyüklərinin 98 %-i aşkarlanıb. Dünya üçün təhlükə yarada biləcək bütün asteroidlərin araşdırılması hələ də davam etdirilməkdədir.