ABŞ-ı gələn ay DƏHŞƏTLİ GÜNLƏR gözləyir: 25 milyondan çox insan...

30-04-2020, 09:22           
ABŞ-ı gələn ay DƏHŞƏTLİ GÜNLƏR gözləyir: 25 milyondan çox insan...
ABŞ-da iyun ayına qədər işsizlik səviyyəsi 16-20 faizə qədər arta bilər.

Publika.az xəbər verir ki, bu barədə prezident Donald Trampın iqtisadi müşaviri Kevin Hasset deyib.

Onun sözlərinə görə, hesablamalar 1930-cu ildən indiyə qədər işsizlik səviyyəsinin ən yüksək həddə çıxacağını deməyə əsas verir.

“May və iyul aylarında iqtisadi göstəricilər indiyə qədər gördüyümüz ən pis rəqəmlər olacaq”, - o bildirib.

Qeyd edək ki, ABŞ-da koronavirus yayılmağa başladığı mart ayından etibarən işsizlik və yoxsulluq sürətlə artır. 14 martdan indiyə qədər 25 milyondan çox insanın işsiz qaldığı deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru