Moskvada koronavirusdan ölənlərin sayı 700-ə çatır

2-05-2020, 07:31           
Moskvada koronavirusdan ölənlərin sayı 700-ə çatır
Rusiyanın paytaxtı Moskvada daha 37 pasiyent koronavirusdan ölüb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

Bununla da Rusiya paytaxtında koronavirus infeksiyasının təsdiq edildiyi ümumilikdə 695 insan vəfat edib.

"Moskvada pnevmaniya diaqnozunun təsdiq edildiyi və koronavirus testlərin müsbət nəticə verdiyi 37 pasiyent öldü", - qərargahda bildirilib.

Operativ Qərargahın məlumatına görə, Rusiyada koronavirusa 114 431 yoluxma qeydə alınıb, COVID-19-a yoluxmuş 13 220 insan sağalıb, 1 169 xəstə ölüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.