Bakıda film kimi qaçış: Sərxoş sürücü şəhəri bir-birinə qatdı - VİDEO

2-05-2020, 19:42           
Bakıda film kimi qaçış: Sərxoş sürücü şəhəri bir-birinə qatdı - VİDEO
Gecə saatlarında Bakının Yasamal rayonunda polis əməkdaşlarının iştirakı ilə insident baş verib. Sərxoş sürücü sənədləri təqdim etmək barədə polis patrulunun tələblərinə cavab verməyib və qaçmağa çalışıb. Hadisə yerli sakinlər tərəfindən mobil telefon kameralarına çəkilib. Avtosfer.az-ın məlumatına görə Polis İdarəsindən oxu.az-a bildirilib ki, hadisə 29-cu Polis Bölməsinin ərazisində baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları sərxoş sürücünü saxlayıb və polis məntəqəsinə apararaq, baş verənlərlə bağlı protokol tərtib ediblər.

Saxlanılan şəxsin adı hələlik açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru