Alimlərdən korona ilə bağlı şok iddia: D vitamini...

3-05-2020, 10:54           
Alimlərdən korona ilə bağlı şok iddia: D vitamini...
Kraliça Elizaveta Xəstəxanası Fondu və Şərqi İngiltərə Universitetinin tədqiqatçıları D vitamininin koronavirus xəstəliyindən ölümün qarşısını almaqda mühüm rol oynaya biləcəyi qənaətinə gəliblər.

Teleqraf.com xəbər verir ki, onların bununla bağlı məqaləsi Research Square portalında yayımlanıb.

İngilis mütəxəssislər 20 ölkə haqqında məlumatları təhlil və koronavirusdan ölüm hallarını müqayisə ediblər. Bundan sonra tədqiqatçılar belə nəticəyə gəliblər ki, hansı ölkədə D vitamini çatışmazlığı nə qədər yüksəkdirsə, ölüm halları da o qədər çoxdur. Aşağı insolyasiyalı (birbaşa günəş işığına məruz qalma) ölkələr, o cümlədən Rusiya risk qrupuna aid edilib.

"COVID-19 üçün ən həssas əhali ən çox D vitamini çatışmazlığı olan ölkələrdədir", - tədqiqatçılar bildiriblər.

Tədqiqatçılar yaşlı insanlara tərkibində D vitamini olan preparatları qəbul etməyi məsləhət görüblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.