Marsda yeni həyat əlaməti tapılıb – “Nature Communications” elmi nəşrindən açıqlama

3-05-2020, 19:41           
Marsda yeni həyat əlaməti tapılıb –
Alimlər 1984-cü ildə Antarktidada tapılan “Allan Hills 84001” Mars meteoritində antik azot tərkibli üzvi molekullar tapıblar. Bu o deməkdir ki, planetdə üzvi maddələr mövcud olub.

Bu barədə xəbəri “Nature Communications” elmi nəşri dərc edib.

Qeyd olunub ki, indiyə qədər Mars meteoritlərində azot birləşmələri aşkar etmək texniki çətinliklər səbəbindən mümkün olmurdu. Bundan başqa, meteoritlər yer mənşəli üzvi maddələrlə çirkləndiyi üçün eksperimentin aparılmasında çətinlik yaranırdı.

Lakin, JAXA Kosmik və Astronavtika İnstitutundan Mizuho Koike və həmkarları, meteoritdə azot tərkibli birləşmələrin tapılmasına imkan verən yeni analiz metodu hazırlayıblar.

“Allan Hills 84001” meteoritində, təxminən 3,9 – 4,04 milyard il əvvəl yerüstü Mars sularından çökmüş karbonat minerallarının narıncı tərkibli birləşmələri aşkarlanıb. /Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru