Dünyada koronavirusdan 1,1 milyondan çox insan sağalıb - STATİSTİKA

4-05-2020, 08:04           
Dünyada koronavirusdan 1,1 milyondan çox insan sağalıb - STATİSTİKA
Dünyada ümumilikdə 3 555 338 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Bundan başqa, ayrı-ayrı ölkələrdə 247 631 nəfər pandemiyanın qurbanı olub. Dünyada koronavirusdan 1 150 482 insan sağalıb.

Hazırda 2 157 225 COVD-19 xəstəsinin müalicəsi davam etdirilir. Onlardan 50 041 pasiyent ağır vəziyyətdədir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru