Rusiya ordusunda korona sürətlə yayılır

4-05-2020, 08:08           
Rusiya ordusunda korona sürətlə yayılır
Rusiya hərbçiləri arasında 1254, hərbi təhsil müəssisələrindəki hərbi qulluqçular arasında isə 1228 nəfər koronaviruslu xəstə aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Bildirilib ki, statistika mart ayından 3 may tarixinə qədər aparılan testlərdən sonra hazırlanıb.

Hazırda Rusiya Müdafiə Nazirliyinin hospitallarında 344 nəfər, xidməti məntəqələrdə 375 nəfər, mülki səhiyyə sisteminin müalicə mərkəzlərində 13 nəfər, evdə isə 522 nəfər müalicə almaqdadır.

Sağalanların sayı isə 157 nəfər təşkil edir.

Qeyd edək ki, bundan öncə Rusiya Silahlı Qüvvələrində 1068 əsgərdə koronavirus aşkarlanmışdı. Orduda və hərbi təhsil müəssisələrində çalışan mülki şəxslər də daxil olmaqla isə ümumilikdə 2770 koronavirus xəstəsinin olduğu bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru