İnternetinizin sürətini bu yollarla artıra bilərsiniz - Çox sadə üsullar

4-05-2020, 22:11           
İnternetinizin sürətini bu yollarla artıra bilərsiniz -
Koronavirus pandemiyası dövründə insanlar vaxtlarının çox hissəsini evdə keçirdikləri üçün internet şəbəkələrinin sürətində problemlər yaranıb. Videozənglər, onlayn oyunlar, "Netflix" və "Youtube" kimi platformaların istifadəsi bu problemin səbəblərindən ola bilər.

Teref.az Qazet.az-a istinadən bildirir ki, internet sürətinizi yaxşılaşdırmaq üçün tövsiyələri təqdim edir:
Modemlərdə 2.4 GHZ və 5 GHZ tezliklərində iki ayrı şəbəkə mövcuddur. Bunların adlarını bir-birindən fərqli şəkildə təyin edin və cihazlarınızı 5 GHZ şəbəkəsinə qoşun.

Modeminizin yerinin bağlantının sürətinə necə təsir etdiyini yoxlayın. Modem hansısa rəfin altında və ya bir neçə əşyanın arasındadırsa, internet sürətiniz zəifləyə bilər.

Mikrodalğalı cihazlar simsiz şəbəkə siqnallarını qarışdıra bilər. İnternet üzərindən videozəng edərkən mikrodalğalı sobanızı işlək vəziyyətdə saxlamayın.

Evin bəzi yerlərində internet zəifdirsə, "Wi-Fi" gücləndirici cihazlardan istifadə edə bilərsiniz.

Film və serialları telefon və ya planşetdən izləyirsinizsə, bunları gecə digər internet istifadəçilərinin yatdığı vaxtda cihazlarınıza yükləyin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru