İsrail Bioloji Tədqiqatlar İnstitutu: "Koronavirusu zərərsizləşdirən anticisimlər aşkarlandı"

6-05-2020, 00:12           
İsrail Bioloji Tədqiqatlar İnstitutu:
İsrail Bioloji Tədqiqatlar İnstitutunun alimləri koronavirusu zərərsizləşdirə biləcək anticisimlər əldə ediblər. Bu öz növbəsində yoluxmuş xəstələr üçün dərmanın yaradılmasında istifadə edilə bilər.

Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti Nes-Siona şəhərində yerləşən və qapalı hökumət institutu adından yaydığı məlumatda yer alıb.

“Yeni üsul koronavirusa qarşı məqsədyönlü təsir göstərir. Bunlar tərkibində zərərli zülalların son dərəcə az bir nisbətini ehtiva edən monoklonal anticisimlərdir (immun hüceyrələri tərəfindən hasil edilən anticisimlər – Red). Mürəkkəb sınaqların keçirilməsi və bunun tənzimləyici orqanlarda təsdiqləmə prosesi bir neçə ay çəkə bilər.

Hazırda əldə olunan elmi naliyyətə patentin alınması üçün müraciət edilib. Bundan sonra kommersiya miqyasında anticisimlərin istehsalı üçün beynəlxalq istehsalçılarla əlaqə qurulacaq” – deyə, məlumatda qeyd olunub/Report.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.