Şimali Koreyalı İvanka Tramp: Kim Çen Inın bacısı haqda nə bilirik? - FOTOLAR

6-05-2020, 05:54           
Şimali Koreyalı İvanka Tramp: Kim Çen Inın bacısı haqda nə bilirik? - FOTOLAR
Kim Ye Çjon – dövlət və partiya lideri, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin (KƏP) təbliğat və təşviqat şöbəsi müdirinin birinci müavini, KƏP Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, KXDR lideri Kim Çen Inın kiçik bacısı, KXDR-in sabiq lideri Kim Çen İrin qızı və KXDR-in qurucusu və əbədi prezidenti Kim İr Senin nəvəsi.

Kim Ye Çjon 32 yaşındadır, Kim Çen Inın əsas məsləhətçisidir. O, qardaşı ictimaiyyətdən yoxa çıxdıqda mümkün varis kimi xatırlanan ilk şəxslərdən biridir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı CNN telekanalı toplayıb.

Mənbə bildirir ki, atası Kim Çen İr varisi kimi qızlarından biri hesab edirdi, xüsusən ən kiçik qızı Kim Ye Çjonun üzərində dayanmışdı.

Kim ailəsinin keçmiş aşpazı Kenji Fujimoto “Washington Post” qəzetinə verdiyi açıqlamasında deyib ki, Kim Çen İr qızını “şahzadə Ye Çjon” və ya “şirin Ye Çjon” adlandırdığını söyləyib.

“Həmişə şam yeməyində atasının solunda, Kim Çen İrin həyat yoldaşı isə sağ tərəfində otururdu” deyib Fujimoto.

O, qardaşı ilə Pxenyanın Çanqvanq iqamətgahında demək olar ki, ictimaiyyətə görünmədən böyüdü. Kim Çen In iki uşağı Bernə – İsveçrənin paytaxtına göndərənə qədər. Orada iki Kim altıncı sinifə qədər məktəbdə oxudular, qapalı və mühafizəçilərin arasında bir həyat sürdülər.

Daha sonra harada təhsil aldıqları haqda məlumat çox azdır.

Kanal 24 yazır ki, Kim İr Sen adına Universitet xatırladılır.

KXDR patriarxal bir dövlətdir, burada son vaxtlara qədər qadınlar ailə həyatında az rol oynayıblar və əsasən həyat yoldaşı və ana olmalıdırlar. Cinsi zorakılıq, ayrıseçkilik və qadınların hüquqlarının pozulması da olduqca yayılıb. Cənubda vəziyyət daha yaxşıdır, lakin ideal deyil: kişi və qadın arasındakı maaş boşluğu hələ də çox böyükdür.

Cənubi Koreyada artıq bir qadın – Park Kın Xe 2015-ci ildə prezident olub. KXDR-də indi iki qadın siyasi qərarların mərkəzinə çox yaxındır (Kimin bacısı və arvadı).

2011-ci ildə Kim Ye Çjon atası Kim Çen İrin dəfn mərasimində ilk dəfə ictimaiyyət qarşısında çıxış etdi. Elə bu andan onun karyerası yalnız yüksəldi. Bir müddət sonra o, Milli Müdafiə Komissiyasına rəhbərlik etdi. Bu, onun ilk rəsmi vəzifəsi idi.

2015-ci ildə partiyanın təşviqat və təbliğat şöbəsinin müdir müavini oldu, amma əslində onu idarə edir. Evdə və dünyada Kim ailəsinin təbliğinə cavabdehdir. Kim Ye Çjon bütün səfərlərində qardaşını müşayiət edir və ona köməklik göstərir.

Kanal 24-ə görə, Cənubi və Şimali Koreya arasındakı əlaqələrin yaxşılaşdırılması Kim Ye Çjonun 2018-ci ildə Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarının açılışına səfəri ilə başladı.

O, Cənubi Koreyanın torpaqlarına ayaq basan monarxiyadan birinci şəxs oldu.

Orada onu prezident Trampın qızına bənzətməklə “Şimali Koreyalı İvanka Tramp” adlandırdılar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.