Bölgələrdə vəziyyət necədir? - Türkiyədən gələn həkimdən açıqlama + Video

7-05-2020, 00:06           
Bölgələrdə vəziyyət necədir? -
Ümumdünya Səhiyyə Təşkilatının REACT-C19 layihəsi çərçivəsində Azərbaycana gələn həkimlər artıq 3 gündür ki, rayon xəstəxalarında fəaliyyət göstərirlər.

Yenisabah.az xəbər verir ki, Türkiyədə təhsil alan, yaşayan və işləyən azərbaycanlı həkimlər 14 gün Bakıdakı xəstəxanalarda fəaliyyət göstərdikdən sonra rayonlara üz tutublar.

Hazırda Goranboy, Gəncə, Şəmkir və Ağdaşda 4 həkim qrupu var. Onların hər biri olduqları bölgədə 14 gün fəaliyyət göstərəcəklər.

Sözügedən layihə çərçivəsində Goranboyda fəaliyyət göstərən həkim Cəbrayıl Cəbrayılov deyir ki, Azərbaycanda koronavirus müalicəsi dünyanın bir çox ölkəsindən yaxşı aparılır.

Onun sözlərinə görə, koronavirusu birdəfəlik məğlub etmək vətəndaşların karantin rejimi qaydalarına əməl etmələrindən asılıdır. Xüsusilə də sosial məsafə, şəxsi gigiyena və fərdi məsuliyyət bu məsələdə həlledici rol oynayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru