Bakı sakinləri karantin qaydalarına əməl etmir - İkinci dalğa ola bilər - VİDEO

7-05-2020, 09:34           
Bakı sakinləri karantin qaydalarına əməl etmir - İkinci dalğa ola bilər - VİDEO
Koronovirus infeksiyasının yayılmasının qarşısını almaq üçün xüsusi karantin rejimi tətbiq edilməsinə baxmayaraq metronun qarşısında insan sıxlığı müşahidə olunur.


Hazırda qoruyucu maskadan istifadə etməmək adi hal halıb. Dayancaqlarda ara məsafəsinə əməl etməyənlər, heç bir səbəb olmadan hətta uşaqları ilə birgə çölə çıxanlar sanki ölkədə pandemiyanın başa çatdığını düşünürlər. Amma xüsusi karantin rejimi qaydasını pozan vətəndaşlar polis əməkdaşlarının gözündən yayına bilmir.

Pravda.az-ın xəbərinə görə, icazə almadan çölə çıxan bəzi vətəndaşlar özlərinə haqq qazandırmaq üçün polis əməkdaşlarına müxtəlif bəhanələr gətirir.

Ölkədə xüsusi karantin rejiminin yumşaldılmasından istifadə edən bəzi vətəndaşlar, xüsusən də ictimai yerlərdə virusdan qorunmaq üçün tələblərə riayət etmirlər.


Vətəndaşlardan zərurət olmadan evdən çıxmamaq, ictimai yerlərdə sosial məsafəni qorumaq tələb olunsa da, buna məhəl qoyanlar azdır.

Bir daha xatırladaq ki, polis xüsusi karantin rejimi qaydalarını pozan hər bir şəxsi 100 manat miqdarında cərimə edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru