"Koronavirus ölümcül xüsusiyyətini hələ də qoruyur"

8-05-2020, 00:07           
"Koronavirus ölümcül xüsusiyyətini hələ də qoruyur"
İngiltərədə son sutka ərzində daha 539 nəfər koronavirusdan ölüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 30 615-ə çatıb. Son gün ərzində ölkədə 86 583 nəfər koronavirus testindən keçib.

Nəticədə virusa yoluxanların ümumi sayı 206 715-ə yüksəlib. İngiltərənin Xarici İşlər Naziri Dominik Raab keçirdiyi brifinqdə "Virusa hələ ki, qalib gəlməmişik. O yoluxucu və ölümcül xüsusiyyətlərini hələ də qoruyur" sözlərini deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxma hallarının pik nöqtəsi geridə qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru