İcra başçılarını pullarını harada gizlədirlər?

8-05-2020, 09:10           
İcra başçılarını pullarını harada gizlədirlər?
Sosial şəbəkələrdə kapitalının az olması iddiası ilə bankların bağlandığı dövrdə həbs olunan icra başçılarının iş otağından külli miqdarda vəsaitlərin aşkar edilməsi məmurların banklara etibar etməməsi məsələsi gündəm olub.


Bank məsələləri üzrə ekspert, vəkil Əkrəm Həsənov bildirib ki, oğru məmurların banklarda da pulları var.

Ekspert vurğulayıb ki, oğru məmurlar pullarını bir yerdə saxlamırlar: “Oğru məmurlar xaricdə ölkələrdə ofşor şirkətlərin və qohumlarının adına daşınmaz əmlak alıblar. Qohumlarının adına Azərbaycanda da əmlak alıblar. Bəzi oğru məmurlar pullarını başqalarının adları ilə banklarda saxlayırlar. Pullarının az bir hissəsini isə əl altında saxlayırlar”.

Qeyd edək ki, 5 rayonun icra başçısı keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. İcra başçılar Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərində sui-istifadı, rüşvət alma və başqa maddələri ilə ittiham olunaraq barələrində həbs qətiimkan tədbiri verilib.Bizimyol












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.