Səudiyyə Ərəbistanında məscidlər açılacaq

30-05-2020, 08:55           
Səudiyyə Ərəbistanında məscidlər açılacaq
Səudiyyə Ərəbistanı pandemiya səbəbindən krallıqda bağlanan məscidlərin tədricən açılacağını elan edib.

Trend-in məlumatına görə, bu barədə bu barədə İslam işləri naziri Abdel Lətif bin Əbdüləziz əl-Şeyx bildirib. Məkkə və Mədinədəki İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Abdel Əziz Əl Səudun xeyir-duası ilə Mədinədəki Peyğəmbər məscidində namazlar bərpa olunur.

Nazirin sözlərinə görə, Məkkədəki Müqəddəs Ocaq istisna olmaqla, bazar günü məscidlər açılacaq. Nazir qeyd edib ki, Mədinədəki Peyğəmbər məscidi də yeni koronavirusla mübarizədən qaynaqlanan məhdudiyyətləri azaltmaq üçün bir proqram çərçivəsində dindarlar üçün qapıları açacaqdır:

"Yoxlamalar zamanı məscidlərimizin hazırlıq işlərini başa vurduğu və əla vəziyyətdə olduğunda əmin olduq".

Səudiyyə Ərəbistanı İki Müqəddəs Ocağı işləri üzrə Baş İdarəsinin sərəncamına əsasən, Peyğəmbər məscidinin insanlarla dolması 40% -dən çox olmamalıdırş. Eyni zamanda ibadət edənlər üçün bütün xalçalar həyətdən çıxarılacaqdır. Məscidül-Həram hələki bağlı qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru