Rəsmilər etirazçıların koronavirusu yaymasından narahatdır

3-06-2020, 00:19           
Rəsmilər etirazçıların koronavirusu yaymasından narahatdır
Corc Floydun Minnesotada polis tərəfindən saxlanılaraq öldürülməsi nəticəsində yaranan qəzəb COVID-19-la bağlı qorxuları aşıb. Belə ki, minlərlə insan bir çox şəhərlərdə küçələrə axışaraq etirazlara qoşulub.

Lakin ictimai sağlamlıq rəsmiləri bu nümayişlər səbəbilə COVID-19-un daha da yayılmasından narahatdırlar.

Birləşmiş Ştatlarda indiyədək koronavirusdan 100 mindən çox insan həyatını itirib.

Bir-birilərinə yaxın onlar insanlar nəfəs alıb-verəndə, danışanda, öskürəndə və ya asqıranda havaya buraxdıqları damlacıqlar vasitəsilə virusu yaya bilərlər.

Rəsmilər koronavirusun yayılmasının qarşısını almaq məqsədilə son bir neçə aydır konsertləri, teatr tamaşalarını və başqa kütləvi tədbirləri ləğv ediblər.

Bəzi ştatlar və şəhərlər artıq yavaş-yavaş baglama tədbirlərini ləğv etməyə başlayıb, çünki ümumi yoluxma hallarında azalma müşahidə edilir. Lakin buna baxmayaraq bəzi müəyyən ərazilərdə yoluxma halları artmaqda davam edir.

Bir çoxları etirazçıların qəzəbinə empatiyalarını göstərsələr də, rəsmilər deyir ki, onlar aylardır gördükləri tədbirlərlə son günlərdə yaşanan izdiham kimi izdihamların qarşısını almağa çalışırdı.

"Həmin izdihamda virusu yayan neçə insan olub? Neçə gənc evə gedib anasını öpüb və ya atasının əlini sıxıb, və ya atasını, anasını, nənəsini, babasını, bacısını, qardaşını qucaqlayıb və virusu yayıb?" Nyu Yorkun qubernatoru Endrü Kuomo bazar ertəsi sual edib.

“Etiraz edin, amma ağıllı olun. Bu virusla siz çox şey edə bilərsiniz, amma atdığınız addımlarda ağıllı olmalısınız,” Kuomo deyib.

Nyu York şəhərinin səhiyyə idarəsi rəsmi Twitter hesabında etirazçılar üçün virusu yaymaq riskini azaltmaq məqsədilə məsləhətlər paylaşıb. Buna üz maskalarını taxmaq, başqaları ilə altı metr məsafə qorumaq və qışqırmamaq daxildir.

“Bunun əvəzinə plakatlar və səs çıxaran alətlərdən isitfadə edin”, yazıda qeyd edilib.

Lakin risklərə baxmayaraq etirazlara çox sayda insan qoşulub.

"Corc Floyd heyvan kimi öldürüldü. Və biz artıq bezmişik. Bu yeni normaya çevrilib. Bu, yeni bir hal deyil. Nümayişçi Diadre O’Brayan bu həftənin sonu Ağ Evin önündə keçirilən etiraz zamanı Amerikanın Səsinə bildirib.

Araşdırmalara görə, afro-amerikakıların polislə qarşıdurma zamanı öldürülmə ehtimalı ağdərililərlə müqayisədə üç dəfə çoxdur.

Üzündə maska ilə etiraz edən qaradərili O’Brayan deyib ki, “Mənim COVID-19-a yoluxma riskim də çox yüksəkdir, çünki koronavirusdan ölən qaradərililərin sayı da ağdərililərə nisbətən daha çoxdur.”

Afro-amerikalılar COVID-19-dan ölənlərin 25 faizini təşkil edir, baxmayaraq ki, ABŞ əhalisinin yalnız 13 faizi afro-amerikalılardır.

Bəzi nümayişçilər bir-biriləri ilə bir az məsafə saxlayır və maska taxır.

Harvard Universitetinin epidemioloqu Maykl Mina deyir ki, bu cür “kütləvi nümayişlər virusun yayılmasına yol açsa da, bunun bir müsbət tərəfi nümayişlərin açıq havada keçirilməsidir ki, orada yayılma riski daha az olur.”

“Bu, virusun yayılmasının qarşısını almaq üçün yetərlidirmi? Böyük ehtimalla deyil,” o deyir. Minanın sözlərinə görə, uzun müddət virusu olan insanın yanında dayanmaqla virusa yoluxmaq riski artır.

Lakin o deyir ki, bir müsbət cəhət odur ki, indi test imkanları əvvəlkindən daha yaxşıdır.amerikanınsesi/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.