Avropanın avtomobil sənayesi çökür - Satış kəskin azalıb, sərmayələr dayanıb

3-06-2020, 00:07           
Avropanın avtomobil sənayesi çökür -
“Financial Times” qəzeti Almaniyada nəhəng avtomobil şirkətlərinin istehsalı azaltmasının Mərkəzi Avropa ölkələrinə təsirini araşdırıb. Məsələn, Macarıstandakı Nemak Gyor bu səbəbdən 180 nəfəri, yaxud işçi qüvvəsinin 20 faizə qədərini ixtisar etməli olub.

“Onlar zavodları bir neçə həftə bağlamalı oldular, həmin dövrdə bizə ehtiyat hissələr sifariş etmədilər və biz də istehsalı dayandırdıq”, – şirkətin baş maliyyə direktoru Gabor Mersiç qəzetə deyib.

Qəzet yazır ki, Almaniya Mərkəzi Avropanın ən böyük ticarət tərəfdaşı olduğundan bu ölkənin sənayesində yavaşıma böyük bir təchizat zəncirinə təsir göstərir.

İqtisadçıların fikrincə, Avropanın iqtisadi mühərrikinin yavaşıması regionun karantindən çıxmağa çalışan iqtisadiyyatlarına zərbə vuracaq. Qısa müddətdə təsirin daha ağrılı olacağı gözlənir. Bazar ertəsi Çexiya və Polşada açıqlanmış indekslər mayda hər iki ölkədə sənayenin kəskin azaldığını üzə çıxarıb. Almaniyanın avtomobil sənayesi total həcminin 45 faizi qədər azalıb. Bu sənayeyə bağlı ölkə və şirkətlər bundan özəlliklə ziyan görəcək, Münhendəki Ifo İnstitutunun məlumatına əsasən bunu demək olar.

BMW şirkəti artıq Macarıstana 1 milyard avroluq sərmayəni təxirə salıb. Apreldə Slovakiyanın avtomobil sənayesində istehsal isə bir il öncəkinin 18 faizi həcmində olub. Bratislavadakı Slovenska Sporitelna bankının iqtisadçısı Katarina Muçova aprelin avtomobil sektoru üçün ən pis ay olduğunu deyir. “Onların çoxu tamamilə bağlandılar”, – o deyib. (Azadliq.org)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.