SƏFİRİN HƏYAT YOLDAŞINDAN CAVAB
4-06-2020, 01:46

Teref.az yazır ki, araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimovanın və həyat yoldaşı Aydın Hüseynovun Nyu-Yorkda aldığı əmlak barədə araşdırma yazısına səfirin həyat yoldaşı cavab verib. Cavabı Cavanşir Həsənli paylaşıb:
Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimovanın həyat yoldaşı Aydın Hüseynov Nyu-Yorkda 165 min dollara aldıqları mənzillə bağlı yaydığım məlumata messenger üzərindən cavab yazıb.
O qeyd edib ki, diplomat xanımının və özünün adına aldıqları mənzil şəxsi məsələdir: "Doğru məlumata sahib olduğunuzu hesab etmirəm. Bəli, bu şəxsi məsələdir. Uzun illərdir Wall Street-də işləyirəm və həqiqətən Nyu-Yorkda və digər ünvanlarda mənim və həyat yoldaşımın əmlak satın almışam".
Cənab Hüseynov bunu özü ilə bağlı göndərdiyi məlumatlarla izah edib. Məlumatlarda Aydın Hüseynovun The Benchmark Company, LLC biotexnoloji şirkətində icraçı direktor, bundan əvvəl isə Oppenheimer & Co. Inc. şirkətində maliyyəçi analitik kimi çalışdığı qeyd olunur.
