Floydu öldürən polislə bağlı YENİ XƏBƏR - Prokuror açıqladı

4-06-2020, 09:25           
Floydu öldürən polislə bağlı YENİ XƏBƏR - Prokuror açıqladı
Keçən həftənin bazar ertəsi günü ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində 46 yaşlı qaradərili sakinb Corc Floydu amansızlıqla ölürən polis əməkdaşı Derek Kauvin ABŞ Cinayət Qanununun daha ağır maddələri ilə ittiham ediləcək.

Publika.az xəbər verir ki, bu barədə "Star Tribune" qəzetinə Minnesota ştatının baş prokuroru Keyt Ellison məlumat verib. O, bildirib ki, Kauvinin əməli 3-cü deyil, 2-ci kateqoriyalı cibnayətdir və onu daha ağır gözləyir. Həmçinin hadisə yerində olan digər 3 polis əməkdaşıb da cinayətə yardım və məsuliyyətsizliyə görə ittiham olunacaq.

Dələduzluğa görə axtarılan şəxsi küçədə dizi ilə boğan polislər ilk olaraq iyunun 8-də məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, məlum hadisədən sonra ABŞ-da kütləvi etirazlar və iğtişaşlar başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru