Moskvada koronavirus qurbanlarının sayı 2 800-ü ötdü 5-06-2020, 01:12 Son sutka ərzində Rusiyanın paytaxtı Moskvada daha 57 nəfər koronavirusdan ölüb."Report" xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.Məlumata görə, ölkə paytaxtında COVID-19 qurbanlarının sayı 2 806 nəfərə çatıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Facebook-da paylaş