Bərdədə koronavirusa yoluxan işçilərə görə xəstəxana bağlanıb? – RƏSMİ AÇIQLAMA

5-06-2020, 21:13           
Bərdədə koronavirusa yoluxan işçilərə görə xəstəxana bağlanıb? –
Bərdə rayonunda yerləşən Regional Diaqnostika Mərkəzinin fəaliyyətini bir neçə günlük dayandırdığına dair məlumatlar yayılıb.

Oxu.Az xəbər verir ki, iddialara görə, səhiyyə müəssisəsinin fəaliyyətini dayandırmasına orada çalışan üç tibb işçisinin koronavirusa yoluxması səbəb olub.

Onların Goranboy rayonunda koronaviruslu xəstələrə yardım göstərərkən yoluxduğu bildirilir.

Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəti Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, bu, tibb müəssisəsində kimlərinsə virusa yoluxması ilə bağlı olmur:

“Biz daha əvvəl də bildirmişdik ki, tibb müəssisələrinin fəaliyyətlərində bir neçə günlük məhdudiyyətlərin olması həmin müəssisələrdə aparılan dezinfeksiya tədbirləri ilə bağlı ola bilir.

Bu isə ölkə ərazisində koronavirusla mübarizə çərçivəsində aparılan tədbirlərə uyğundur. İstər paytaxt ərazisində, istərsə də regionlarda hər hansı tibb müəssisələrinin bağlanmasını sırf yoluxma halları ilə bağlamaq doğru deyil.

Bununla bağlı daha əvvəl də açıqlamalar verilib. Tibb müəssisələrinin dezinfeksiya tədbirləri ilə bağlı bir neçə günlük bağlanması kimi məqamlar ola bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru