Heyvanlar zəlzələni əvvəlcədən hiss edirmi?-Aylarla izlədilər....
10-07-2020, 13:51
Suala cavab axtararkən zəlzələ bölgəsində aylarla müşahidə edilən 6 inək, 5 qoyun və 2 itin davranışlarında aşkar dəyişikliklər hiss olunub.
Sonxeber.az "Euronews" a istinadən xəbər verir ki, bu gün zəlzələlərin olacağını təxmin etmək mümkün olmasa da, araşdırmalar heyvanların zəlzələdən əvvəl fərqli davrandıqlarını ortaya qoyub.
"Konstanz Universiteti "və "Max Planck" Heyvan Davranış İnstitutu Şimali İtaliyada 6 inək, 5 qoyun və 2 itə izləmə cihazları taxaraq hərəkətlərini izləyib.
Belə ki, heyvanların zəlzələdən bir neçə saat əvvəl qeyri-adi hərəkətlər etdiyini, zəlzələnin episentrinə nə qədər yaxın olduqlarını, əvvəlkindən daha fərqli davranış formaları göstərdikləri ortaya çıxıb.
Həqiqətən, heyvanların zəlzələdən 20 saat əvvələ qədər anormal davranış göstərdiyi müəyyən edilib. Fərqli bölgələrdə fərqli heyvan növlərinin hərəkət etməsi yaxınlaşan zəlzələnin vaxtı ilə bağlı ipuçlarını verə biləcəyi düşünülüb.
Mütəxəssislər, zəlzələlərin proqnozlaşdırıla biləcəyinə dair fikirlərlə razılaşmırlar. Zəlzələdən əvvəl vəhşi heyvanların yuxu və sığınacaq yerləri üçün istifadə etdikləri məkanları tərk etdikləri və heyvanların narahat olduqları, bu davranışların elmi müayinəyə əsaslana bilməyəcəyi, heyvanların qeyri-adi davranışlarının çox dəqiq müəyyən edilə bilmədiyi və müşahidə müddətinin çox qısa olacağı ifadə edilib.