Ölmüş erməni hərbi qulluqçu barədə yeni detallar

20-07-2020, 12:44           
Ölmüş erməni hərbi qulluqçu barədə yeni detallar
İyulun 18-də, saat 14:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin səlahiyyətində olan ərazidə erməni məcburi müddətli hərbi qulluqçu, sıravi Alik Norayr Manukyan baş nahiyəsindən güllə yarası almış vəziyyətdə tapılıb. A. Manukyan hərbi hospitala aparılarkən yolda ölüb. Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin altıncı qarnizon istintaq şöbəsində Ermənistan Cinayət Məcəlləsinin 360.1-ci maddəsinin (diqqətsizcəsinə hərbi qulluqçunu intihar həddinə çatdırmaq) 1-ci hissəsi ilə cinayət işi açılıb.

Tavuş vilayətində yerləşən İcevan şəhərinin hərbi hissələrindən birində ilkin versiyaya görə intihar etmiş erməni əsgər artıq yarım il il idi ki, Ermənistan ordusunda xidmət edirdi.

Erməni hərbi qulluqçunun valideynləri hadisə baş verdiyi gün Ermənistanın Hərbi Klinik Hospitalında olublar. Erməni hərbi qulluqçu xəstəxanaya aparılarkən yolda ölüb. O, Ermənistanın Vayots Dzor vilayətinin Aren icmasından idi.

Hadisənin detallarını müəyyənləşdirmək məqsədilə istintaq aparılır.

Qeyd edək ki, iyulun 12-dən başlayaraq Tovuz istiqamətində həyata keçirdiyi təxribatlar zamanı Ermənistan silahlı qüvvələri ölən hərbi qulluqçularının sayını gizlətməyə davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.