İtkilər həddən artıq çoxdur, gizlədirlər - Podolyaka

2-11-2020, 16:39           
 İtkilər həddən artıq çoxdur, gizlədirlər - Podolyaka
Ermənistan üçün uzunmüddətli müharibə ölümcüldür. Ölkənin büdcəsi belə xərcləri çəkə bilməyəcək. Müharibə günə təxminən 50 milyon dollar deməkdir. Ermənistan bunu qarşılamaq gücündə deyil.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi analitik Yuri Podolyaka öz Yutub kanalında bildirib.

“Büdcə faktorundan savayı, uzunmüddətli müharibə Ermənistan üçün insan faktoruna görə də kritikdir. Pul tapıla bilər, amma hər gün artan itkiləri əvəzləyəcək əsgərləri tapmaq olarmı? Son iki gün ərzində Ermənistan tərəfi itkiləri haqqında məlumatı dərc etmir, itkilər isə çox yüksəkdir. Ermənistan belə yüksək itkilərə tab gətirmək iqtidarında deyil. Bundan başqa, ölkə mənəvi cəhətdən kritik vəziyyətdədir”, - deyə ekspert qeyd edib.

Podolyaka Ermənistanın kritik mənəvi vəziyyətinin mahiyyətini açıqlayıb:

“Mənim həm erməni, həm də azərbaycanlılardan ibarət çevrəm var. İnsanların müharibəyə hazır olub-olmadığını görə bilirəm. Əgər Azərbaycan tərəfi mənəvi cəhətdən itkilər verməyə hazırdırsa və bu, onlar üçün azadlıq müharibəsidirsə, erməni tərəfində belə əhval-ruhiyyəni müşahidə etmirəm. Buradan belə nəticə çıxarıram ki, ermənilərin əsgəri çatmır. Fikrimcə, Azərbaycanın canlı qüvvədə itkisi çox olmayacaq, çünki onun artilleriya və aviasiyada böyük üstünlüyü var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.