Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbuletmə proseduru – Hüquqşünas qaydaları şərh etdi
11-11-2020, 16:08
"Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul etməsələr, həmin ərazilərdə yaşaya bilməyəcəklər”.
Bunu Sfera.az-a açıqlamasında tanınmış vəkil Aslan İsmayılov bildirib.
Hüquqşünas bildirir ki, Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olduqlarını bəyan etdikdən sonra bu məsələ həllini tapacaq:
"Qanunda nəzərdə tutulub ki, münaqişə yekunlaşdıqdan sonra ayrıca qanunvericilik aktı qəbul edilir və bundan sonra həmin şəxslərə vətəndaşlıq verilir. Bu proses də mərhələli şəkildə və qısa müddət ərzində həyata keçirilir”.