COVID-19-dan sonra tam sağalma müddəti və tövsiyələr AÇIQLANDI

13-11-2020, 08:35           
COVID-19-dan sonra tam sağalma müddəti və tövsiyələr AÇIQLANDI
Koronavirusdan sonra reabilitasiya davamlı olmalıdır, bədənin tam bərpası isə azı iki-üç ay çəkməlidir.

Bu barədə Lenta.ru-ya Rusiyanın “Sber Zdorovye” xidmətinin tibbi direktoru Vladislav Məhəmməd Əli bildirib.

Onun sözlərinə görə, xəstəliyi xüsusən orta və ağır formada keçirən pasiyentlərin reabilitasiyaya daha çox ehtiyacı var.

“İnsanda xroniki ağciyər xəstəliyi və ya bədənin digər fərdi xüsusiyyətləri varsa, reabilitasiya bir il və ya daha çox vaxt ala bilər”, – deyə o, əlavə edib.

Həkim, həmçinin, infeksiyadan sonra sağlamlığı bərpa etmək barədə tövsiyələrini verib.

O, hər şeydən əvvəl pasiyenti öz həkiminin tövsiyələrinə riayət etməyi məsləhət görüb:

“Bundan əlavə, bərpa prosesi zamanı gündəlik fəaliyyətə qayıdılmalıdır, ancaq bu, tədricən baş verməlidir. Ağır xəstəlikdən sonra enerjinin səviyyəsi azalır və bəzi işlər əvvəl lazım olduğundan artıq güc tələb edir”.

V.M.Əli azı 7-8 saatlıq yuxu rejiminin tənzimlənməsinin vacibliyini də vurğulayıb.

“Xəstəlikdən sağalanlar psixoloji reabilitasiyaya da diqqət yetirməlidirlər – bunun üçün yaxınlarından və peşəkar psixoloji yardımdan kömək istəyə bilərlər”, – deyə o əlavə edib.

Həkim eyni zamanda balanslı qidalanma məsləhət görüb: rasionda asanlıqla həzm olunan zülal, daha çox miqdarda vitaminlər, balıq, yağsız ət, toyuq, hinduşka, bulyonlar, təzə tərəvəz və meyvələr olmalıdır. Acılı, yağlı, duzlu və yüksək kalorili qidalardan imtina edilməlidir.

“Həmçinin gündə ən azı iki litr maye içmək lazımdır (əgər xəstədə ürək və ya böyrək çatışmazlığı, hipertoniya yoxdursa). Bundan əlavə, reabilitasiya üçün tənəffüs məşqləri etmək lazımdır. Fiziki fəaliyyətə isə tədricən başlanılmalıdır”, – deyə mütəxəssis əlavə edib.

O, sözlərinin sonunda ürək və damarlarda əlavə stres yaratmamaq üçün isti hamam və saunalardan çəkinməyi tövsiyə edib.konkret/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.