Erməni ekspert: “Ermənistan ərazisində Sünikin həyatına 5-15 il qalıb, bundan sonra itirəcəyik”
13-11-2020, 19:50
“Noyabrın 10-da dərc olunmuş məlum sənədin tələblərini gördükdən sonra heç bir erməni Qarabağa və azərbaycanlı ilə yan-yana yaşamağa qayıtmayacaq”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni siyasi ekspert Armine Adibekyan deyib.
Onun sözlərinə görə, Qarabağdakı ermənilər Ermənistanda qalacaqlar, Rusiyaya və başqa yerlərə gedəcəklər, amma bənzər şərtlərdə Qarabağa qayıtmayacaqlar.
Süniklə Naxçıvana doğru quru yoluna gəlincə, Armine Adibekyan qeyd edib: “Ermənistan ərazisində Sünikin həyatına 5-15 il qalıb. Bundan sonra biz Süniki itirəcəyik. Yəni, bu yol səbəbilə artıq Meğrini itiririk, çünki artıq türk Aqaraka getməyimizə icazə verəcək, yoxsa yox? İrandan yüklərimiz gələcək, yoxsa gəlməyəcək? Çünki bu kəsişən yola Türkiyə və Azərbaycan qüvvələri tərəfindən nəzarət olunacaq”.