Şuşada rusların nə iti azıb, bəlkə də Şoyqu Şuşa rayonu ərazisini nəzərdə tutur

14-11-2020, 04:19           
Şuşada rusların nə iti azıb, bəlkə də Şoyqu Şuşa rayonu ərazisini nəzərdə tutur
Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinlə video görüşündə bildirib ki, rus "sülhməramlı" missiyasının Dağlıq Qarabağdakı müşahidə məntəqələrinin yerləşdirilməsi sabah, 14 noyabrda başa çatacaq.
Teref.az xəbər verir ki, bunu ADR sədri Qubad İbadoğlu deyir.
Qubad bəy yazır ki, onun sözlərinə görə, "Rusiyanın hərbi nəqliyyat aviasiyası son 3 gündə 73 uçuş həyata keçirib, 1103 hərbçi və 168 texnika Dağlıq Qarabağa köçürülüb. O əlavə edib ki, 1 "sülhməramlı" bölmə Dağlıq Qarabağın şimalında yerləşdirilib, sabah bu zonada 8 postun yerləşdirilməsini planlaşdırırıq. 10-11 noyabr tarixlərində Laçın dəhlizi nəzarətə alınıb, cümə axşamı "sülhməramlılar" Xankəndinə (onun sözü ilə Stepanakertə) girib. Xankəndi və Şuşa şəhərlərinin (В районе городов Степанакерт и Шуша выставлены четыре наблюдательных поста) həndəvərində 4 müşahidə məntəqəsi qurulub. Bugün "Cənub" bölgəsində müşahidə postlarının yerləşdirilməsini başa çatdırırıq. Bu zonada 9 post olacaq."
P.S. Şuşa məsələsini aydınlaşdırmağa ehtiyac vardır. Şuşada rusların nə iti azıb, bəlkə də Şoyqu Şuşa rayonu ərazisini nəzərdə tutur. Çünki, rusların Şuşa şəhəri ərazisində post qurması nəzərdə tutulmayıb. İstənilən halda, gəlin, bu məsələdə diqqətli olaq.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.