Aclıq çəkmədən arıqlamağın sirri

14-11-2020, 06:13           
Aclıq çəkmədən arıqlamağın sirri
Arıqlamaq yalnız gözəl bir bədən üçün lazım deyil, həm də sağlamlıq üçün də vacibdir.

“Report” xəbər verir ki, arıqlamaq kökəlməkdən 10 dəfə çətindir. Kökələn insanlar hərəkət etməkdə çətinlik çəkirlər, təngnəfəs olurlar, damarların divarları xolesterin səbəbindən daralar, qan dövranı adi vəziyyətdən çıxır və çətinləşir, qəflətən ürək sıxılmaları olur, ürək döyüntülərinin sayı artır, müəyyən orqanların iflici ehtimalı çoxalır.

Qreypfrut. Qreypfrutda çox miqdarda lif və maye mövcuddur. Buna görə bu meyvə gec həzm edilməklə uzun müddət toxluq hiss etməyinizi təmin edir. Bundan əlavə, tərkibində xolesterol səviyyəsini aşağı salan, xərçəng riskini azaldan və maddələr mübadiləsini sürətləndirən antioksidanlar və bitki mənşəli maddələr var. Qreypfrutun arıqlamaq məqsədilə istifadə edilməsi alimlər tərəfindən də sübut edilib.

Yaşıl çay. Yaşıl çay dəri sağlamlığını yaxşılaşdırmaqla yanaşı sizi xərçəngdən qoruyur. Üstəlik yaşıl çay heyvan mənşəli yağları əridir, həzm sisteminə müsbət təsir göstərir. Tünd dəmlənmiş halda yaşıl çay əsəblərin oyanmasına gətirib çıxarır. Belə ki, yaşıl çayın tərkibində qəhvəyə nisbətən kofein daha çoxdur. Bu səbəbdən də əsəb xəstəliklərindən əziyyət çəkən insanlara yaşıl çay çox içmək məsləhət deyil.

Badam. Sağlam və doyurucudur. Çərəzlərdən çəkinin, lif və sağlam yağlarla dolu badam yeyin. Araşdırmalar zamanı məlum olub ki, badam istehlakı mədəyə ağırlıq vermir və iştahı nəzarətdə saxlamağa kömək edir. Badam ürək, dəri üçün faydalıdır və xolesterolu normal səviyyədə saxlayır.

Avokado. Tərkibində ürəyiniz və yaddaşınız üçün doymamış yağlar olan bu meyvə sizi uzun müddət tox tutacaq. Avokadolarda həmçinin iştahınızı nəzarətdə saxlamağa kömək edə biləcək lif mövcuddur. Bəzi elm adamları hətta avokadoların qarın yağının yığılmasını dayandırdığını da iddia edirlər.

Kinoa. Bitkidə çox miqdarda lif, zülal və doymamış yağlar olsa da kalorisi azdır. Bu, arıqlamaq üçün ideal bitkidir. Bəzi tədqiqatçılar Kinoanın ürək xəstəlikləri, xərçəng və şəkər riskini azaltdığını iddia edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.